Lənkəranda quldurluq edib Bakıda gizlənən şəxs saxlanıldı - Foto
- 09.11.2021, 11:00,
- Kriminal
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda quldurluq faktları törədərək paytaxt ərazisində gizlənən şəxs saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində iki yanacaqdoldurma məntəqəsində quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov müəyyən edilərək saxlanılıb.
Belə ki, həmin şəxs oktyabrın 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb. Bundan bir neçə gün sonra T.Şəfəqqətov gecə saatlarında rayon ərazisində yerləşən digər yanacaqdoldurma məntəqəsinə daxil olub. Həmin obyektdə operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra bıçaqla ona xəsarətlər yetirib.
Quldurluq faktlarını törətmiş şəxsin şəxsiyyətinin müəyyən olunması və tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərlan Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
