Cəlilabadda polis qəzaya düşüb
- 30.12.2021, 14:25,
- Hadisə / Kriminal
Baxılıb: 237
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı qəzaya düşərək xəsarət alıb."Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus “VAZ 21214” markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib.
Maşın aşaraq yolun kənarına düşüb. Qəza nəticəsində xəsarətlər alan sürücü Tural Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.