Sərxoş sürücü maşını ağaca çırpdı, ölən var - Fotolar
- 10.08.2021, 11:40,
- Hadisə / Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Oğuz rayonu Qumlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qanunyolu.info.az” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb. Qeyd olunub ki, rayonun Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etdiyi “Toyota” markalı, 99-BY-294
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə sərxoş vəziyyətdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu və 1984- cü il təvəllüdlü Çələbiyev Əhməd Vəliyəddin oğlu xəstəxanaya yerləşdiriliblər.
Lakin Əhməd Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.