Bakıda yeniyetmə anasını söyən kişini öldürdü - Fotolar

Bakıda yeniyetmə anasını söyən kişini öldürdü - Fotolar

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

"Qanunyolu.info.az" APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. Elnar Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb Elnar Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
****

"Qanunyolu.info.az" xəbər verir ki, Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, iyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.
Bakıda yeniyetmə anasını söyən kişini öldürdü - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter