23 qovaq ağacını kəsib satan şəxs saxlanıldı - Foto
- 12.07.2021, 12:30,
- Hadisə / Sosial / Kriminal / Xəbər
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaxda təbiətə 27 min manatdan çox ziyan vuran şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, rayonun Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27 760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Polis Şöbəsinə məlumat daxil olub.
Ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.