"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İB-nin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsi davam etdirilir
- 18.10.2022, 17:30,
- Gündəm / Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 3 429
Facebook
Вконтакте
Одноклассники
Google+
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik Qrant müsabiqəsinin qalibi "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsi davam etdirilir.Layihənin əsas məqsədi protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsi əlillərinə istifadə qaydalarını çatdırmaq və yaranan problemlərin aradan qaldırılması üçün lazımı tibbi tədbirlərin vaxtında görülməsini izah etməkdir. Layıhə Tərtər, Ağdam və Bərdə rayonları üzrə əhatə olunub.
Layihəninin icrası üçün növbəti görüş Bərdə rayonunda keçirilib. Görüşdə Birliyin sədri Yasəmən Qəyyumlu, sədr köməkçisi Lalə Həşimova, Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, işin təşkili şöbəsinin müdiri Samir Səfərov, layihə üzrə təlimçi həkim travmatoloq Məmmədov Xaliq və Vətən müharibəsi əlilləri iştirak ediblər.
"Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsində iştirak edənlərə bukletlər, qeyd dəftərləri və qələmlər paylanılıb. Paylanılan dəftərlərdə iştirakçılar öz fikrilərini sərbəst şəkildə qeyd edərək layihə təşkilatçılarına təqdim ediblər. Sonda isə iştirakçılara çay süfrəsi təşkil edilib. Layihə isə davam etdirilir.
#QhtAgentliyi #NgoAgency
#Əlillərinprotezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi
#layihə#BizBirlikdəGüclüyük!"Qanunyolutv.az"-ın rəhbəri
Arif Süleymanlı
