"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin" təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat günü münasibətiilə Azərbaycan mətbuatının inkişafında böyük rolu olan peşəkar media nümayəndələrinin əməyinə dəstək olaraq Oskar şadlıq sarayında "Jurnalistlərin mükafatlandırılması mərasimi” həyata keçirildi. Nəzərinizə çatdırım ki, tədbirdə MM-in deputatları Aydın Mirzəzadə, Razi Nurullayev, Elman Nəsirov, rəsmi şəxslər, Hacı Nuran, Hacı Nizami, Anar Vəziroğlu, öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olan aperator Sirac Abışovun qardaşı Şirzad Abışov, media nümayəndələri, QHT təmsilçiləri, müxtəlif sayt rəhbərləri, qazilərimiz, Şəhid valideynləri işirak edirdilər. Mərasimdə ilk öncə Dövlət himni səsləndirildi, sonra isə Şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib, dərin etiramla anıldı.
Sonra tədbirin aparıcısı Zamin müəllim tədbiri açıq elan etdi. O, çıxış üçün sözü tədbirdə iştirak edən MM-in deputatı Elman Nəsirova verdi. Hörmətli deputatımız çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdı və Mətbuat Günü münasibətilə media əməkdaşlarını təbrik etdi. Daha sonra çıxış üçün millət vəkili Aydın Mirzəzadəyə söz verildi. Aydın müəllim də öz növbəsində tədbir iştirakçılarını salamlayaraq jurnalistlərin peşə bayramını təbrik etdi.
"Qanunyolutv.az" xəbər verir ki, mükafatlandırılma mərasimində çıxış edənlər Jutnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixinə nəzər salaraq qeyd etdilər ki, təbiətşünas alim, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin naşiriliyi ilə işıq üzü görən "Əkinçi" qəzetinin mətbuat tariximizdə əhəmiyyətli rolu olduqca böyükdür.
Natiqlər onu da vurğuladılar ki, dünyada sosial media nə qədər inkişaf etsə də ölkəmizdə "Əkinçi" qəzetinin ənənləri bu gün də dərin hörmət və ehtiramla Azərbaycan mediası tərəfindən uğurla davam etdirilir. Tədbirdə musiqilər səsləndi. Vətənpərvər ruhda mahnılar oxundu.
Mükafatlandırma mərasimdə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin" sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda dünyada gedən informasiya müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində milli vətənpərvər ruhda fəaliyət göstərmələri Azərbaycan jurnalistlərinin peşəkarlığının göstəricisidir.

Yasəmən Qəyyumlu onu da vurğuladı ki, milli maraqlarımıza xidmət edən jurnalistlərimizə qarşı hər birimiz diqqət və qayğı ilə yanaşaraq onların fədakar fəaliyyətlərini dəyərləndirməliyik. Birlik sədri deyib ki, bu gün həyata keçirdiyimiz mükafatlandırma mərasimini təşkil etməkdə əsas məqsəd jurnalistlərimizə vətəndaş cəmiyyətinin diqqət və dəstəyidir. Vətənpərvərlik ruhunda tədbir və bu sayaq ictimai, mədəni əhəmiyyətli təşəbbüslərimiz gələcəkdə də davam etdiriləcək.
Sonda Birliyin Mətbuat Gününə hazırladığı tort hörmətli deputatlar və sədr Yasəmən xanım tərəfindən kəsildi.
P.S. Bizdə "Qanunyolutv.az" rəhbəri olaraq kollektivimiz adından "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin" sədri Yasəmən xanım Qəyyumluya və onun rəhbərlik etdiyi komandasına bu xeyirxah yolda, gördüyü könül açan işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər və nailiyyətlər arzulayıram. Arzu edirəm ki, bu xeyirxah yolda yorulmadan irəliyə doğru addımlayaraq yüksək zirvələri fətv etsinlər.
#BİZBİRLİKDƏGÜCLÜYÜK!!!PEŞƏ BAYRAMINIZ MÜBARƏK!"Qanunyolutv.az" Təsisçi və baş redaktor Arif Süleymanlı
AJB-nin üzvü: Fərid Faiqoğlu