QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi ilə Qaradağ rayon icra hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə "Gəlin onları qoruyaq" devizi altında "Şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranlar və müharibə iştirakçılarının psixoloji problemlərinin həllinə dəstək proqramı" na uyğun olaraq psixoloji maarifləndirmə və motivasiya xarakterli görüş keçirilib.
QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

"Qanunyolutv.az" xəbər verir ki, motivasiya və maarifləndirmə xarakterli görüşdə Qaradağ rayon icra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Nəcəfova, Milli Məclisin deputatı Razı Nurullayev, tanınmış psixoloqlar Aytən Ələkbərova, Əli Nağıyev, Nuranə Cəfərova, Nuriyyə Vidadiqızı, Nigar Məmmədova və digər rəsmilər, şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranların psixoloji problemlərinin dinlənilməsində aktivlik göstərək motivasiyası və maarifləndirici ruhda çıxış ediblər.
QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

Ümumilikdə, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi, Qaradağ rayon İcra Hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və əməkdaşlığı çərçivəsində keçirilən bu görüşün əsas prinsipi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə, veteranlara göstərilən diqqət və qayğı yönümlü uğurlu siyasəti davam etdirmək, onlara psixoloji problemlərinin həllində yardımçı olmaqdır.

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumlu çıxışında vurğulayıb ki, sosial siyasətə psixoloji dəstək olaraq, motivasiya və maarifləndirmə xarakterli görüşlərimiz mütəmadi olaraq, gələcəkdə də davam etdiriləcək.
QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

P.S. Məndə "Qanunyolutv.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumluya və onun rəhbərlik etdiyi işgizar, fədəkar, çalışqan komandasına bu yolda daima uğurlar və yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Tədbirin sonunda Dəstək proqramı layihəsinin iştirakçıları olan psixoloqlara təşkilat tərəfindən sertifikatlar təqdim edilib.
QHT rəhbəri daha bir uğura imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

"Qanunyolutv.az" Təsisçi və baş redaktor Arif Süleymanlı

#BizBirlikdəGüclüyük!!!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter