Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla MəmmədovaCəmiyyətin inkişafında təhsilin rolu danılmazdır. Xüsusilə məktəbəqədər təhsil müəssisələri gələcəyimizin təminatı olan körpələrin ilk tərbiyə və təhsil aldığı məkan kimi böyük əhəmiyyət daşıyır. Bu məsuliyyətli və şərəfli sahədə öz zəhməti, qayğıkeşliyi və təşkilatçılığı ilə seçilən insanlardan biri də Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədovadır.Leyla Məmmədova hər zaman Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalan, dövlətçiliyimizə və milli dəyərlərimizə böyük hörmətlə yanaşan ziyalı xanımlardandır. O, bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti və ölkəmizin inkişafına yönəlmiş islahatları qətiyyətlə dəstəkləyir. Onun fəaliyyəti dövlətə sədaqətin və milli maraqlara bağlılığın bariz nümunəsidir.
Leyla xanım rəhbərlik etdiyi bağçada hər zaman səmimi və mehriban mühitin yaradılmasına xüsusi diqqət yetirir. O, uşaqlara rəhbər kimi deyil, daha çox bir ana kimi yanaşır. Körpələrə göstərdiyi sevgi və qayğı onun həm kollektiv, həm də valideynlər arasında böyük hörmət qazanmasına səbəb olub. Valideynlər öz övladlarını böyük inam və rahatlıqla bu bağçaya etibar edir, çünki burada uşaqlara göstərilən diqqət və qayğı hər kəsə aydın görünür.
Onun rəhbərliyi altında fəaliyyət göstərən bağçada vətənpərvərlik ruhunda keçirilən tədbirlər xüsusi yer tutur. Dövlət bayramları, şəhidlərin anım günləri, əlamətdar tarixi günlər hər zaman böyük həssaslıq və təntənə ilə qeyd olunur. Bu tədbirlər vasitəsilə uşaqlara Azərbaycanın zəngin tarixi, qəhrəmanlıq salnaməsi və milli dəyərləri haqqında məlumat verilir, onlarda Vətənə sevgi və bağlılıq hissləri formalaşdırılır.
Leyla Məmmədova eyni zamanda şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə də seçilir. O, bu ailələrin problemləri ilə yaxından maraqlanan, imkan daxilində onlara mənəvi və maddi dəstək göstərən xeyirxah insanlardan biridir. Leyla xanım hər zaman vurğulayır ki, şəhid və qazi ailələri xalqımızın qürur mənbəyidir və cəmiyyətin ən hörmətli insanlarıdır. Onun təşəbbüsü ilə bağçada şəhid övladlarına xüsusi diqqət göstərilir, onların sağlam və savadlı böyüməsi üçün müxtəlif təşəbbüslər həyata keçirilir.
Öz işini sevən, məsuliyyətli və zəhmətkeş rəhbər kimi tanınan Leyla Məmmədova rəhbərlik etdiyi kollektivlə birlikdə bağçanın inkişafı üçün yorulmadan çalışır. Bu gün Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası öz fəaliyyəti ilə seçilən, nümunə göstərilən məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır. Burada yaradılan sağlam mühit, uşaqlara göstərilən diqqət və keyfiyyətli təlim-tərbiyə prosesi Leyla xanımın uğurlu rəhbərliyinin nəticəsidir.
P.S. Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədovaya və rəhbərlik etdiyi kollektivə gələcək fəaliyyətlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər, sağlam ömür və daha böyük nailiyyətlər arzulayıram.
Fürsətdən istifadə edərək Leyla xanımı və bütün kollektivini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, evinizə bolluq, ruzi-bərəkət, sevinc dolu günlər, xoş və firavan həyat diləyirəm. Eləcə də 11 ayın Sultanı olan müqəddəs Ramazan bayramı münasibətilə qəlblərə mərhəmət, birlik və ruhi rahatlıq gətirməsini arzulayıram. Ulu Tanrı hər zaman yolunuzu açıq, işlərinizi uğurlu etsin!
Hörmətlə;
"Qanunyolutv.az"- rəhbəri, AJB-nin üzvü
Arif Süleymanlı