"QanunyoluTV.az"- kollektivi təbrik edir
- 25.05.2023, 20:07,
- Gündəm / Cəmiyyət / Təhsil / Xəbər / Sosial
Baxılıb: 97
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə şəhəri 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla xanım Məmmədovanı ad günü münasibətilə həyat yoldaşı Babək müəllim, sevdikləri, qohumları, dostları, yaxınları, səmimi qəlbdən təbrik edir, ona həyatda möhkəm can saglığı, xoşbəxtlik, ailə səadəti, ruzi-bərəkət, işlərində yeni-yeni müvəffəqiyyətlər və daima uğurlar arzulayırlar.
Bu təbrikə Bərdə şəhəri 10 saylı körpələr evi-uşaq bağçasının bütün köllektivi, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım və xüsusilə də övladı balaca, şirin-şəkər Nüsrət də qoşularaq Leyla xanımı ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Leyla xanım günəş təkdir, ona bənzəməyin. Məhəbbətin torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.
“QanunyoluTV.az” xəbər portalının rəhbəri olaraq məndə kollektivimiz adından Leyla xanım sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevin qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Leyla xanım sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, şəxsi həyatınızda daima uğurlarınız bol, sözünüz hər yerdə keçərli olsun!AD GÜNÜNÜZ MÜBARƏK LEYLA XANIM!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN.Hörmətlə: "QanunyoluTV.az" Təsisçi və baş redaktor
ARİF SÜLEYMANLI

Şərh yaz