Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında bu gün 2-ci Qarabağ Vətən Müharibəsi qazilərinin də iştirak etdiyi Bahar müjdəli Novruz bayramı şənliyi keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri Leyla xanım Məmmədova tədbirə ilk öncə bu sözlərlə başlayıb: “Biz müəllim olaraq hər zaman fidanlarımızı vətənpərvər ruhda böyütməli, bütün fəaliyyətlərimizdə vətənpərvərliyi körpələrimizə aşılamalıyıq”.

10 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbəri Leyla Məmmədova körpələrimizin işıqlı sabaha yetişməsində mühüm rol oynayan məktəbəqədər müəssisələrin əhəmiyyətli rolundan söhbət açmışdır.
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

Leyla Məmmədova fidanlara bu gün firavan yaşayışımız üçün başda əsrin qalib sərkədəsi Cənab Ali Baş Komandanımız İlham Əliyevə, daima Onunla çiyin-çiyinə çalışan, hamının sevimlisi olan xanımı Mehriban Əliyevaya, 30 ilə yaxın olan erməni faşistlərinin tapdağı altında olan Qarabağ torpaqlarımızın azad edilməsi uğrunda canlarından-qanlarından keçən igid, qəhrəman Şəhidlərimizə, Şəhid analarımıza və tədbirə dəvətli olan, tədbirdəə yaxından iştirak edən xalqını, millətini, dövlətini, torpağını sevən Qazilərimizə daima borclu olduğumuzu və hər an şəhid, qazi ailələrinin yanında olmağımızı qeyd etmişdir.
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

Çıxışlardan sonra balaca fidanlar tədbir iştirakçıları üçün adət-ənənələrimizi nümayiş etdirdilər, Novruz əhval-ruhiyyəli səhnəciklər göstərdilər, şer və mahnılar oxudular. Daha sonra isə Bahar müjdəli Novruz musiqiləri səsləndi başda Leyla xanım olmaqla bütün tədbir iştirakçıları, balacalar da şən mahnıların sədası altında rəqs etdilər. Bax beləcə əziz oxucularımız 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

P.S. Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Leyla Məmmədovaya və rəhbərlik etdiyi fədakar kollektivə daima Bahar təravətli günlər, ruzi-bərəkət, xoş və firavan ömür arzulayıram. Qoy bu Bahar elimizə, obamıza, yurdumuza sülh-əminamanlıq, bərəkətli günlər gətirsin!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasında Novruz şənliyi keçirildi

"Qanunyolu.info.az" Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter