Dr. Dilqəm Məhərrəmov - İnsanlara ümid bəxş edən cərrah

Dr. Dilqəm Məhərrəmov - İnsanlara ümid bəxş edən cərrah

Bəzən insan taleyinə toxunan peşələr olur. Elə peşələr ki, orada sadəcə bilik və bacarıq kifayət etmir – ürək, vicdan və məsuliyyət də lazımdır. Estetik-plastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru, M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi-nin böyük elmi işçisi, ISAPS üzvü Dilqəm Məhərrəmov məhz belə həkimlərdəndir. Azərbaycan tibb ictimaiyyətində öz dəsti-xətti, yüksək peşəkarlığı və humanist mövqeyi ilə seçilən estetik-plastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov illərin zəhməti, elmi axtarışları və minlərlə uğurlu əməliyyatı ilə insanların həyatına işıq saçan həkimlərdəndir. O, yalnız cərrah deyil – o, ümid bəxş edən, inam yaradan, sevgini qazanan bir şəxsiyyətdir.

Onun həyat yolu yalnız diplom və vəzifələrlə ölçülmür. Bu yol minlərlə insanın yenidən qazandığı özünə inam, sağalan yaralar və ümid dolu baxışlarla ölçülür.

Təhsil və Elmi Yol:

1996–2002-ci illərdə Azərbaycan Tibb Universiteti-nin Müalicə işi fakültəsində ali təhsil alan Dilqəm Məhərrəmov hələ tələbəlik illərindən cərrahiyyəyə xüsusi maraq göstərmişdir. 2002–2003-cü illərdə həkim-cərrah kimi fəaliyyətə başlayaraq praktiki təcrübə qazanmışdır.

2004–2007-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi-ndə cərrahiyyə ixtisası üzrə aspirantura təhsili almışdır. 2008-ci ildə Moskva Dövlət Tibb Elm Mərkəzi-ndə “Plastik cərrahiyyə” üzrə ixtisasartırma kursu keçmişdir.

2008–2017-ci illərdə M.A.Topçubaşov adına ECM-də kiçik elmi işçi kimi çalışmış, həmin müddətdə dissertasiya müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsinə layiq görülmüşdür.

2017– 2018-ci illərdə isə həmin mərkəzdə böyük elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2018–2022-ci illərdə doktorantura təhsili almış, eyni zamanda Qazaxıstanın Almatı şəhərində yerləşən N.A. Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzi-nin Plastik, Rekonstruktiv və Mikrocərrahiyyə şöbəsində planlı təhsil və doktorluq dissertasiyası üzərində çalışmışdır.

Dilqəm həkim beynəlxalq və yerli tibbi cəmiyyətlərin fəal üzvüdür. O, ISAPS – Beynəlxalq Estetik Plastik Cərrahlar Cəmiyyətinin üzvüdür.

Hal-hazırda "Baku Medical Plaza Medi Lux" klinikasında Plastik, Rekonstruktiv və Estetik cərrah kimi fəaliyyət göstərir.

İnsanlığın və vicdanın cərrahı:

Dilqəm Məhərrəmovun fəaliyyətində onu digərlərindən fərqləndirən əsas xüsusiyyət yalnız peşəkarlıq deyil. O, xəstələrinin sevgisini qazanan, kollektivin sevimlisi olan, mehriban və səmimi bir insandır. Onun qəbuluna gələn hər bir pasiyent sadəcə tibbi xidmət almır – diqqət, anlayış və mənəvi dəstək görür. O, kollektivin sevimlisidir. Xəstələri isə onu təkcə peşəkar cərrah kimi deyil, səmimi, mehriban və diqqətli insan kimi tanıyır. Onun ünsiyyətində rəsmi soyuqluq deyil, doğmalıq və anlayış var.

Dilqəm Məhərrəmov üçün Vətən sevgisi sözlə deyil, əməl ilə ifadə olunur. Xüsusilə imkansız ailələrə, şəhid və qazi ailələrinə göstərdiyi təmənnasız xidmətlər onun böyük ürəyinin göstəricisidir. O, Vətən qarşısında canından keçənlərin ailələrinə xidmət etməyi özünə borc bilir. Bu xidmət onun üçün reklam və ya göstəriş deyil – vicdan məsələsidir. Əsl Vətənpərvərlik də məhz budur: ehtiyac olan yerdə səssizcə dayanmaq, kömək etmək və insanlara sahib çıxmaq. Bu isə onun əsl Vətənpərvər həkim olduğunu sübut edir.

Plastik və rekonstruktiv cərrahiyyə sadəcə zahiri dəyişiklik deyil – bəzən insanın həyatını, özünə inamını, psixoloji durumunu yenidən qurmaqdır. Dilqəm həkim bu məsuliyyəti dərk edən və hər əməliyyata insan taleyi kimi yanaşan cərrahlardandır. Onun üçün uğur yalnız tibbi nəticə deyil, xəstənin gözlərindəki sevinc və minnətdarlıqdır.

P.S. Sonda məndə “Qanunyolutv.az”ın rəhbəri olaraq kollektivimiz adından hörmətli Dilqəm Məhərrəmova dərin təşəkkürümüzü, ən səmimi arzularımızı, sonsuz sevgimizi və ehtiramımızı bildiririk.

Sizin kimi savadlı, vicdanlı, insanpərvər, vətəninə bağlı, Şəhid və qazi ailələrinə dayaq olan həkimlər millətimizin qürur mənbəyidir. Allah Sizə sağlam və bərəkətli ömür, daha böyük elmi nailiyyətlər eləcədə minlərlə uğurlu əməliyyatlar nəsib etsin.

Arzu edirik ki, şəfalı əlləriniz daha çox insana ümid olsun, elmi fəaliyyətiniz yeni zirvələr fəth etsin, həyat yolunuz daim uğur və hörmətlə davam etsin. Sizin nurunuz, şəfqətiniz və əllərinizin şəfası daim insanların həyatına işıq olsun. Sizinlə fəxr edirik!


Hörmət və sevgilərlə,
"Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
ARİF SÜLEYMANLI
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter