Pərviz Deyistani: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” adından BƏYANAT

Pərviz Deyistani: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” adından BƏYANAT

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İdarə Heyətinin sədri:
Pərviz Deyistani İsa oğlu


Ünvan: Bakı şəhəri,
8mkr., H.Hüseynov 11A
mənzil 118

№ 6/149 "29"- 06 - 2025 il


“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” adından

BƏYANAT

Son günlərdə Rusiya Federasiyasında Azerbaycanlılara qarşı davranışlar bizdə -“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”ndə təəccüb və təəssüf hissi doğurur. Belə ki, həmyerlilərimiz şiddətli işgəncələrə məruz qalırlar, döyülərək öldürülürlər. Rusların Azərbaycanlılara qarşı bu cür vəhşiliyi yolverilməzdir. Bu xalqlarımızın dostluq və qardaşlığına ziddir. Biz uzun zamandır ruslarla sülh və əmin-amanlıq prinsipləri ilə mehriban yaşamışıq.
Yaxın günlərdə İranda baş verən məlum hadisələrlə bağlı rus vətəndaşlarının Azərbaycan vasitəsi ilə təhlükəsizliyi qorunaraq bütün öhdəlikləri təmin olunaraq öz vətənlərinə yola salınmışdır. Lakin son günlər Rusiya Federasiyasında soydaşlarımıza qarşı baş verən hadisələr bizi çox üzür. Biz hemyerlilərimizə qarşı bu rəftara biganə qala bilmərik. Bu cür hadisələrə etiraz edirik, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” olaraq bəyan edirik ki, Azərbaycanlıların döyülərək, müxtəlif işgəncələrə məruz qalaraq öldürülməsi yolverilməzdir, bunlara son verilməli və hadisələri törədən şəxslər məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidirlər.

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” üzvləri:

1. Quliyev Rafael Taryel oğlu.
2. Səttarov Emil Hüsen Əli oğlu.
3. Daşdəmirov Abdulla Şaban oğlu.
4. Quliyev Taryel Dolxan oğlu.
5.Rəhimli Rəşad Şiraslan oğlu


Əlaqə telefonu: +994 55 784 86 36
+994 50 643 06 36


“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İdarə Heyətinin sədri:
Pərviz Deyistani İsa oğlu
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter