Mariya Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı - Açıqlama

  • 28.06.2025, 19:00,
  • Siyasət
  • Baxılıb: 12
Mariya Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı - Açıqlama

Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

“Qanunyolutv.az”-ın “RBK Rusiya”ya istinadən məlumatına görə, qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.

“İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir”, - Rusiya XİN sözçüsü deyib.

Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter