"QAYĞIYA EHTİYACI VƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK" İCTİMAİ BİRLİYİ "SÜRPRİZLƏRLƏ DOLU BİR GÜN" ADLI TƏDBİR KEÇİRDİ

"QAYĞIYA EHTİYACI VƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK" İCTİMAİ BİRLİYİ "SÜRPRİZLƏRLƏ DOLU BİR GÜN" ADLI TƏDBİR KEÇİRDİ

"Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri həmişə Şəhid, qazi və imkansız ailələrinin yanında olan, Vətənpərvər xanım Yasəmən Qəyyumlu, eləcədə təmənnasız olaraq saysız sayda Şəhid, qazi, imkansız ailələrinin övladlarını müsəlman edən, onlara imkanı daxilində maddi və mənəvi dəstək olan psixologiya doktoru, plastik-estetik və rekonstruktiv cərrah, professor Mirəzim Zaidovun birgə təşkilatçılığı ilə "Sürprizlərlə dolu bir gün" adlı tədbir keçirilib.

Tədbirə giriş sözüylə Dünya Müstəqil Teleradio şirkətinin baş aparıcısı Könül Rzazadə başladı. O ilk öncə tədbir iştirakçılarını salamladı sonra isə torpaqlarımızı erməni tapdağından azad edən, canlarından-qanlarından keçən unudulmaz şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qeyd edim ki, tədbirin əsas məqsədi təşkilatın prinsiplərinə uyğun olaraq, qayğıya ehtiyacı olan şəxslərlə bir araya gəlmək, onlara mənəvi dəstək göstərmək olub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən bu tədbir xüsusilə 25 aztəminatlı ailələrin övladlarının müsəlman olması üçün təşkil olunmuşdu.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, dövlət nümayəndələri, QHT rəhbərləri, professorlar, həkimlər, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və KİV əməkdaşları iştirak edirdilər.

Tədbirdə ilk söz tədbirin təşkilatçılarına - Birliyin sədri Yasəmən xanım Qəyyumluya və icraçı direktor Mirəzim Zaidova verildi. Yasəmən xanım çıxış edərək gələn qonaqları salamladı sonra isə qısa hesabat verərək, il ərzində təşkilatın xətti ilə görülən işlərdən danışdı. O, dövlət və dövlətçilik ənənələrinə, prinsiplərinə söykənərək vurğuladı ki, biz vətəndaş cəmiyyəti institu olaraq, cəmiyyətə və dövlətə bu cür xidmətlərimizlə töhfə verməyi qarşımıza məqsəd qoymuşuq.

Sonra söz icraçı direktor professor Mirəzim Zaidova verildi. O, da öz növbəsində məclisdə iştirak edən hər kəsi salamlayaraq çıxışına davam etdi. Bildirdi ki, 2024-cü il dövlətimiz üçün uğurlu il oldu. Yüksək faizlə Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi, parlament seçkiləri və beynəlxalq tədbir COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi, təşkilatın Azərbaycan Respublikası QHT-na Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olması eləcədə təşkilat tərəfindən böyük tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. Daha sonra professor, həkim və xeyriyyəçiliyi ilə hər zaman qayğıya ehtiyacı olan şəxslərə, Şəhid, qazi, imkansız ailələrinə təmənnasız tibbi xidmətlər göstərən Mirəzim Zaidov gördüyü işlərdən və birliyin uğurlarından danışdı.

Daha sonra Millət vəkili Aydın Mirzəzadəyə söz verildi. Millət vəkili Aydın müəllim dəgələn qonaqları salamlayaraq. dövlət nümayəndəsi kimi dövlətin uğurlarından, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətindən, dövlətə, xalqa xidmətindən söz açıb və birliyin aktiv fəaliyyətini dilə gətirdi. Məclisdə iştirak edənlərə öz dərin təşəkkürünü bildirdi. Aydın müəllimin çıxışdan sonra Ulu Öndərimizin bizlərə əmanət qoyub getdiyi Zərifə xanım və digər tədbir iştirakçıları çıxış edərək öz ürək sözlərini dedilər, hər kəsi qarşısından gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdilər, tədbir təşkilatçılarına xüsusi təşəkkürlərini bildirdilər.

Sonra isə söz musiqiyə verildi. Azərbaycan respublikasının xalq artisti, Şöhrət ordenli, səhnəmizin canlı əfsanəsi, öz səsi və mahnıları ilə sevilən Niyaməddin Musayev gözəl, şən mahnılarıyla məclisə daha da zövq qatdı. Onun oxuduğu mahnılar altında məclisdə uşaqdan böyüyə hər kəs əl qaldırıb oynadı. Məclisdə məşhur saksafon ifacisi, əməkdar artist İlham Nəcəfov, müğənni Elxan Qaraxanoğlu və müğənni Gülarə İmanova vardı. Onlarda öz növbələrində gözəl ifaları ilə tədbirə xüsusi rəng qatdılar.

Tədbirin sonunda isə ən əsas, ən gözəl, yadda qalan hissəsinə toxunmaq istərdim. "Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyi tərəfindən təşkil olunan bu möhtəşəm tədbirdə müsalman olunan, iştirak edən uşaqlara bayram hədiyyələri təqdim olunması idi. O uşaqların sevincləri nəyə desən dəyərdi əziz oxucular. Tanrı bütün balalarımızı qorusun! Eləcədə Birlik tərəfindən təsis edilən "Zəfər Diplom"u qazi qardaşlarımıza təqdim edildi.

P.S.Sonda isə məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından Birliyin sədri Yasəmən xanım Qəyyumluya, professor Mirəzim Zaidova və birliyin bütün kollektivinə bu xeyirxah yolda, işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Onu da nəzərinizə çatdırıb qeyd edim ki, tədbir "Xudafərin" şadlıq sarayında keçirildi. Biz "Xudafərin" şadlıq sarayının rəhbərinə və işçi kollektivinə də təşəkkür edirik!




#BizBirlikdəGüclüyük!

"Qanunyolutv.az"
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter