Hörmətli və əziz oxucularımız istər 1-ci Qarabağ döyüşlərində, istər 44 günlük haqq savaşında, istərsə aprel, antiterror döyüşlərində Vətən, torpaq uğrunda savaşda çoxlu sayda Şəhid verdik, cavanlarımızı itirdik. Döyüş bölgələrində savaşaraq tapşırıqlarda canlarından-qanlarından keçən, itkin düşən igid, vətənini, torpağını, dövlətini sevən qəhrəman oğullarımız oldu. Hətta bu döyüşlərdə canlarından keçən bəzi Vətənpərvər oğullarımızın bu günə kimi nə nəşi, nədə ki, məzarı olmayan şəhidlərimiz də var. Belə şəhidlərimizdən biri haqqında onun anası Sənubər xanım öz fikirlərini bizlərlə bölüşdü. Bir Şəhid anası olaraq artıq 25 ildir ki, oğul həsrəti çəkirəm. Gözlərim yolda, qulağım səsdədir. Oğlum bu gün gələr, sabah gələr deyirəm. Mən qəhrəman şəhidimiz Əliyev Elman Arif oğlunun anasıyam. Köksümü oğul dağı dağlayır, nə sevinə bilirəm, nə də gülə bilirəm. Tək-tənha yaşayıram. Əgər oğlum Elman sağ olsaydı, məni tək qoymazdı. Məni qayınana, nəvə sahibi edərdi. Bəzən Elmanın dostlarının, həmyaşıdlarının ailəsini, övladlarını görəndə öz-özümə kövrəlirəm. Kaş ki, Elmanımın da ailəsi, uşaqları olardı deyirəm. Mənim oğlum ölməyib, şəhid olub, şəhidlər ölmür, yaşayır. Bəlkə də Elmandan sonra məni yaşadan tək səbəb də elə budur mən Şəhid anasıyam!
Əliyev Elman Arif oğlu 13 sentyabr 1979-cu ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdır. Elmanın ən böyük arzusu hüquqşünas olmaq idi. Tez-tez evdə deyərdi ki, mən hüquqşünas olacam, ədalətli insanların hüququnu müdafiə edəcəm. Elman19 saylı tam orta məktəbin birinci sinifinə daxil olub. O, məktəbdə öz tərbiyyəsi ilə seçilirdi. Dərslərini vaxtında hazırlayıb, məktəbdə dərs zamanı müəllimlərə danışıb, əla qiymətlər alardı.
1996-cı ildə orta məktəbi bitirib, uşaqlıq arzusunu reallaşdırmaq üçün sənədlərini ali təhsil ocağına versə də qəbul ola bilmədi. Elman hər zaman özünə güvənən olub, sona qədər mübarizə aparmağı qarşısına məqsəd qoyurdu. Uğursuzluqla asan barışmayan biri idi. Elman bununla yanaşı ailəsinə, dostlarına qarşı çox alicənablıq edirdi. Kimin köməyə ehtiyacı yaranardısa, ehtiyacı olardısa birinci yanında Elmanı görürdü. Elmanın mərdliyi, dürüstlüyü məni çox sevindirdi.
Elman yarım qalan arzularını Tatarıstanda reallaşdırmaq qərarına gəlmişdir. Tatarıstan Dövlət Universitetinə daxil olan Elman qiyabi təhsili seçmişdir işi ilə əlaqədar. Amma burda da Elmanın təhsil almaq arzusu yarımçıq qaldı. Qərar qüvvəyə minmişdir hərbi xidmətlə bağlı. Bundan xəbər tutan Elman təhsilini həmən donduraraq vətənə qayıtdı. 1999-cu il oktyabrın 2-si həqiqi hərbi xidmətə yola düşdü. Xidmətdə nizam-intizamı ilə seçilirdi. Elman komandirlərin, gizirlərin rəğbətini qazanmışdır. Əsgər yoldaşları ilə qardaş kimi idi. Elman 8 noyabr 1999-cu ildə döyüş tapşırığını yerinə yetirərkən qəza zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Elmandan qalan xatirələri yazsalar kitablara sığmaz. O, məni çox istəyirdi. Hər dəfə mən onunla danışanda "narahat olma ana, hər şey yaxşı olacaq" deyirdi. Bəli, mən geriyə baxanda çox şey üçün təəssüflənirəm. Kaş o gəlməzdi, kaş təhsilini başa vurardı. Amma bu kəlmə sözümdən sonra səhəri gün Bakıda dayandı, dedi: "ana, vətən çağırır məni, vətən çağırırsa mən getməliyəm". İgidlik yağırdı simasından. Belə oğullar qəhrəman olur, belə oğullar vətənin oğlu olur. Nə deyim, Elman haqqında danışacaq çox sözüm var. Mənim bir Şəhid anası kimi xalqımdan, millətimdən bir xahişim var:
"şəhidlərimizi unutmayaq, yad edib xatırlayaq ki, onlar hər zaman qəlbimizdə yaşasınlar, unudulmasınlar"! Allah sizə səbr versin Sənubər ana!
ALLAH RƏHMƏT ELƏSİN!"Qanunyolutv.az"