Ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər hələdə davam etdirilir. Cənab Prezidenrimiz İlham Əliyevin koronovirus (COVİD-19) infeksiyasına qarşı verdiyi tapşırıqlara, qoyduğu qanunlara ölkəmizin hər bir yerində əməl olunduğu kimi Tərtər rayonunda da bu istiqamətlərdə lazımı addımlar atılır və tədbirlər görülür."Qanunyolu.info.az" xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədirlərinin iştirakı ilə Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı mütamadi olaraq videobağlantı vasitəsilə konfrans keçirir.


Konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır.
İcra başçısının apardığı konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) infeksiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus pandemiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin
“daim vətəndaşın yanında olun” ,
“biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.
İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.
Daha sonra kənd təsərrüfatı işləri müzakirə olunub. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
Video-konfransda əkin sahələrinin mineral gübrələr, dərmanlar, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rayon rəhbəri tərəfindən pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı lazimi tapşırıq və tövsiyələr verilib.
Sonra vətəndaşların onlayın müraciətləri dinlənilib.
P.S. "Qanunyolu.info.az" rayon rəhbəri Müstəqim Məmmədova və onun rəhbərlik etdiyi kollektivə gördükləri mühüm əhəmiyyətli işlərində uğurlar diləyir.
"Qanunyolu.info.az" təsisçi və baş redaktor Arif Süleymanlı



