Yardımlı rayonunda da gənclərdən ibarət "YARDIM ET" aksiyası yaradılıbdır

  • 21.04.2020, 20:33,
  • Bölgə
  • Baxılıb: 58
Yardımlı rayonunda da gənclərdən ibarət "YARDIM ET" aksiyası yaradılıbdır












Yardımlı RİH-nin başçısı Ayaz Əsgərovun təşəbbüsü ilə ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq genişmiqyaslı və qabaqlayıcı tədbirlər Yardımlı rayonunda da gənclər, müəllimlər və fəallar tərəfindən davam etdirilir. Onların bu aksiyaya qoşulmaqda məqsədləri rayonda və rayonun ucqar kəndlərində yaşayan vətəndaşları ziyarət edərək imkansız və aztəminatlı ailələrə, şəhid ailələrinə, əlillərə, yaşı 65-dən yuxarı olan yaşlı nəsillərə, kimsəsizlərə yardım etmək və ölkə Prezidentimiz Cənab İlham Əliyevin qoyduğu qayda-qanunlara əməl etməklərini, verdiyi tapşırıqları, koronovirus(COVİD-19) infeksiyasına yoluxmamaları üçün evdə qalmalarını izah etməkdən ibarətdir.
P.S. Bizdə KİV-i əməkdaşları gənclərimizin bu atdıqları addımları dəstəkləyir və onlara bu yolda uğurlar arzulayırıq.
"Qanunyolu.info.az" xəbər potalının rəhbəri Arif Süleymanlı

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter