Bakı şəhəri 20 saylı Nərimanov II Seçki Dairəsi 16 Saylı Məntəqədə seçki şəffaf keçirildi

Bakı şəhəri 20 saylı Nərimanov II Seçki Dairəsi 16 Saylı Məntəqədə seçki şəffaf keçirildi

"Qanunyolutv.az" xəbər verir ki, 7 Fevral - növbədənkənar Prezident seçkiləri ölkəmizdə. işğaldan azad olunmuş torpaqlarımızda eləcədə ölkə xaricində yüksək səviyyədə keçirildi. Nərimanov rayonu Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksində 20 saylı Nərimanov II Seçki Dairəsinin16 saylı məntəqəsində məntəqə sədri Esmira xanım Quliyevanın sədrliyi ilə keçirildi.

Qeyd edimki, məntəqədə seçici aktivliyi məntəqənin açılışı zamanı vətəndaşların izdehamı və azərbaycanın seçki tarixində seçicilərin ilk dəfə belə aktiv təşkilatçılığı müşahidə olunurdu.

Məntəqənin sədri Esmira Quliyevanın sədrliyi ilə keçirilən Prezident seçkisində səsvermə seçicilərinin könüllü olaraq, heç bir müdaxilə edilmədən, tam şəffaf və sərbəst şəkildə keçirildi. Səsvermədə gənc nəsillə yanaşı, yaşlı, qoca nəsildə fəal iştirak edirdilər.

20 saylı Nərimanov II Seçki Dairəsinin16 saylı məntəqəsində məntəqəsinə yerli müşahidəçilərlə yanaşı, ölkəmizə dəvət olunan Beynəlxalq müşahidəçilər, KİV əməkdaşları, QHT-lər də gəlib qeydiyyatdan keçərək səsvermənin gedişatını izləyib seçicilərə uğurlar diləyərək razılıqlarını bildirdilər.

Bəli, qalib xalqımız doğru seçim edərək, növbəti dəfə Qalib Lider, Müzəffər Ali Baş Komandan, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı bizlərə qaytaran, "Dəmir Yumruq" olaraq hər kəsi ətrafında sıx birləşdirən Cənab İlham Heydər oğlu Əliyevi ölkəmizə rəhbər seçdilər.

P.S. Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından Esmira xanıma və onun komandasına təşəkkür edərək, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Qoy birliyimiz əbədi, möhkəm və sağlam olsun deyirəm.


#BizBirlikdəGüclüyük!

"Qanunyolutv.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter