Prezidentliyə namizədlər səs verdi - Fotolar
- 07.02.2024, 11:00,
- Siyasət
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, Fazil Mustafa 26 saylı Sabunçu I Seçki Dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
****
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birgə səs verib.Qüdrət Həsənquliyev 7 saylı Səbail Seçki Dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Namizədliyi özü tərəfindən irəli sürülən prezidentliyə namizəd Zahid Oruc 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.
****
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 19 saylı Nərimanov l Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
****
Prezidentliyə namizəd Fuad Əliyev 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
