Rəsmilər səsvermədə - Fotolar
- 07.02.2024, 11:30,
- Siyasət
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.“Qanunyolutv.az” xəbər verir ki, Kəmaləddin Heydərov 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
Baş nazir Əli Əsədov 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
****
Milli Məclis sədri Sahibə Qafarova isə 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
****
Ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində səs verib.
****
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.