Əzizimiz Aysu balanı 6 yaşı "QanunyoluTV.az" xəbər portalının kollektivi səmimi qəlbdən təbrik edir.Balaca, şirin-şəkər Aysuya kollektivimiz adından həyatda xoşbəxtlik, uşaqlıq illərinin mənalı, şən keçməsini, sevinc dolu günlər, xoş və firavan ömür arzulayırıq.
Arzu edirik ki, Ulu Tanrı ömrünə ömür, sevincinə sevinc qatsın əzizimiz Aysu. Atdığın hər addım sənin həyatına uğur gətirsin. Gözlərində daima sevinc qığılcımları parlasın. Sevinc başının tacı, kədər isə ayağının tozu olsun. Bu arzular, Aysu balamız səni daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasan!
Bu yeni yaşında sən xoşbəxtliklərin ən gözəlini yaşayasan, uğur həmişə səninlə olsun şirin-şəkər Aysu!
Təbrikə Aysu balanın atası İntiqam, anası Arzu, qardaşı Vüsal və Röyal, bibiləri, əmiləri, xalası Şəlalə, Firəngiz, Gülsarə, dayısı Məhəmməd, Arif və Akif, yaxınları, əzizləri, müəllimisi, sinif yoldaşları, xüsisilədə bir-birilərinə doğma olan balaca Mədinədə qoşularaq Aysunu 6 yaşı münasibətilə sidqi ürəkdən təbrik edir, ona həyatda bərəkətli, sağlam və xoşbəxt gələcək arzulayır.
6 YAŞIN MÜBARƏK ŞİRİN-ŞƏKƏR AYSU!Hörmətlə: "QanunyoluTV.az"-ın kollektivi