"Qanunyolu.info.az" Mədinə balanın 5 yaşını təbrik etdi
- 05.08.2021, 05:00,
- Gündəm / Mədəniyyət / Xəbər
Baxılıb: 222
Facebook
Вконтакте
Одноклассники
Google+

Mədinə balanı 5 yaşı münasibətilə "Qanunyolu.info.az" xəbər portalının kollektivi səmimi qəlbdən təbrik edir.
Balaca Mədinəyə kollektivimiz adından həyatda uzun ömür, can sağlığı, uşaqlıq illərinin mənalı, şən keçməsini, xoşbəxt gələcək, sevinc dolu günlər, xoş və firavan ömür arzulayırıq.
Arzu edirik ki, Ulu Tanrı ömrünə ömür, sevincinə sevinc qatsın Mədinə. Atdığın hər addım sənin həyatına uğur gətirsin. Gözlərində daima sevinc qığılcımları parlasın. Sevinc başının tacı, kədər isə ayağının tozu olsun. Bu arzular, Mədinə balamız səni daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasan!
Bu yeni yaşında sən xoşbəxtliklərin ən gözəlini yaşayasan, uğur həmişə səninlə olsun şirin-şəkər Mədinə!
Təbrikə Mədinə balanın nənəsi Gülbəniz xanım, yaxınları, qohumları, əzizləri, sayıtımızın İcraçı direktoru İradə xanım, dəyərli həkim Türkan xanım Gündüz, Almaz xanım, "ZEFERTV.az" sayıtının rəhbəri Dəniz xanım və xüsusilədə babası sayıtımızın təsisçi və baş redaktoru Arif müəllim də qoşularaq, nəvəsini 5 yaşı münasibətilə sidqi ürəkdən təbrik edir, ona həyatda bərəkətli və sağlam ömür, xoşbəxt gələcək arzulayır.
5 YAŞIN MÜBARƏK ŞİRİN-ŞƏKƏR MƏDİNƏ!Hörmətlə: "Qanunyolu.info.az" -ın kollektivi

Şərh yaz