"QanunyoluTV.az"-ın kollektivi yubilyarı təbrik edir

"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

Hörmətli Məhəmməd Süleymanovu 60 illik yubileyi münasibətilə qardaşı Arif və Akif, bacıları Gülsara, Şəlalə, Firəngiz, Arzu, Nərminə, kürəkəni Mayılxan, Əhliman və İntiqam, ailəsi, yaxınları, qohumları, dostları səmimi qəlbdən təbrik edir, ona həyatda möhkəm can saglığı, xoşbəxtlik, ailə səadəti, ruzi-bərəkət, işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.

Bu təbrikə "Qanunyolutv.az" kollektivi və xüsusilə də balaca Fateh, Mədinə balamız da qoşularaq Məhəmməd Süleymanovu ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Məhəmməd əzizimiz günəş təkdir, ona bənzəmə. Məhəbbətin torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görmə, həmişə sevinc, səadət içində ol deyirlər.

"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

“Qanunyolutv.az” xəbər portalının rəhbəri olaraq məndə kollektivimiz adından Məhəmməd Süleymanov, dəyərli insan sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.
"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevin qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Məhəmməd müəllim sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, həyatda daima uğurlarınız bol, sözünüz hər yerdə keçərli olsun!

Hörmətlə: "Qanunyolutv.az" xəbər portalının təsisçi və baş redaktoru
Arif Süleymanlı

"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

60 İLLİK YUBİLEYİNİZ MÜBARƏK OLSUN!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN.AMİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter