"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və sədr müavini "Esmanur" Tədris Mərkəzinun direktoru İlahə Xudu qızı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, döyüş meydanında öz canlarını vətəninə qurban verən Şəhid, Xüsusi təyinatlı baş leytenant Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət ediblər."Qanunyolutv.az", "Adaletyolutv.com"-a istinadən xəbər verir ki, ziyarət Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən, Şəhidin adını daşıyan
"Esmanur" Tədris Mərkəzindən başlayıb. Sonra şəhidin yaşadığı ünvanda Abşeron rayon Saray qəsəbəsində Şəhid baş leytenant Rauf Məhərrəm oğlu İbadovun adına inşa olunmuş "Su bulağı" ziyarət edilib.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Millət Vəkili Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məsul şəxsləri, "Qərbi Azərbaycan İcması"nın üzvləri, "Ədalət yolu" qəzetinin əməkdaşları, Şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Çıxış edən rəsmilər tərəfindən ailəyə mənəvi dəstək göstərilib. Şəhid atası Məhərrəm müəllimin oğlu Rauf İbadovun ömür yolu haqqında qürurlu və cəsarətli cıxışını hər kəs böyük qürur və sevgi ilə qarşılayıb.
Sonda şəhidlərin ölməz hünərindən danışan Birlik sədri Yasəmən xanım Qəyyumlu qələbənin rəmzi olan
"Zəfər diplomu"nu şəhidin valideynlərinə təqdim edərək, Şəhidin valideyninə, yaxınlarına Allahdan səbr diləyib.
Məkanı cənnət, ruhu olsun!
Allah rəhmət eləsin!"Qanunyolutv.az" Arif Süleymanlı