22 Noyabr - Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub. Ölkəmizdə Ədliyyə orqanlarının yaradılmasından 104 il ötür. Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir. Cənab Prezident İlham Əliyev ölkə rəhbəri seçildiyi gündən bu sahədə aparılan islahatlar artıq öz səmərəsini verməkdədir.
Ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan fərmanlar, sərəncamlar və dövlət proqramları yüksək səviyyədə icra olunmaqdadır. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan Ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə, beynəlxalq standartlara tam cavab verir. Əlbəttə, bu gün bu sahədə əldə edilən uğurlarda Ədiliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov başda olmaqla, Ədliyyə işçilərinin böyük rolu və əməyi var.
Bu il Ədliyyə işçiləri peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi, qürurla qeyd edirlər.
P.S. Məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından, başda Ədiliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov olmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bütün əməkdaşlarını təbrik edirəm. Bu çətin, məsuliyyətli və eləcədə şərəfli peşələrində onlara uğurlar arzulayıram!
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!"Qanunyolutv.az" Arif Süleymanlı