"QanunyoluTV.az"-ın kollektivi yubilyarı təbrik edir

"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

171 saylı orta məktəbin ibtidai sinif müəlliməsi hörmətli Natalya xanım Şərifovanı 60 illik yubileyi münasibətilə ailəsi, qohumları, yaxınları, dostları, rəfiqələri səmimi qəlbdən təbrik edir, ona həyatda möhkəm can saglığı, xoşbəxtlik, ailə səadəti, ruzi-bərəkət, peşəsində və işlərində uğurlar,nailiyyətlər,
təhsil sahəsində yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.
"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

Bu təbrikə 171 saylı orta məktəbin valideynləri Günel xanım, Arzu xanım, Səbinə və Sevinc xanım xüsusilə də Natalya xanımın sevimliləri olan Fərid və Fərəh, Murad və Mədinə, Tuana balalar da qoşularaq sevimli müəllimələrini ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Natalya xanım günəş təkdir, ona bənzəməyin. Məhəbbətiniz torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.
"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

“QanunyoluTV.az” xəbər portalının rəhbəri olaraq məndə kollektivimiz adından hörmətli Natalya xanım sizi 60 illik yubiliyinizi səmimi qəlbdən təbrik edir və sizə dünyanın ən şirin nemətlərini arzulayıram. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.
"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevinc qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Natalya xanım sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, təhsil sahəsində daima uğurlarınız bol, sözünüz hər yerdə keçərli olsun!
"QanunyoluTV.az"-ın kollektivi yubilyarı  təbrik edir

60 İLLİK YUBİLEYİNİZ MÜBARƏK NATALYA XANIM!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN.


Hörmətlə: "QanunyoluTV.az" Təsisçi və baş redaktor
ARİF SÜLEYMANLI
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter