Hörmətli Camal bəyi ad günü münasibətilə ailəsi, yaxınları, qohumları, dostları səmimi qəlbdən təbrik edir, ona həyatda möhkəm can saglığı, xoşbəxtlik, ailə səadəti, ruzi-bərəkət, işlərində yeni-yeni müvəffəqiyyətlər və yüksək nailiyyətlər arzulayırlar.
Bu təbrikə Camal Aslanoğlunun rəhbəri olduğu "Sukar Yalıtım İnşaat Malzemeləri" fabrikasının kollektivi və xüsusilə də İradə xanım da qoşularaq Camal bəyi ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Camal bəy günəş təkdir, ona bənzəməyin. Məhəbbətiniz torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.
“Qanunyolu.info.az” xəbər portalının rəhbəri olaraq məndə kollektivimiz adından Camal bəy, dəyərli insan sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.
Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevin qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular,Camal bəy sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, inşaat və digər sahələrdə daima uğurlarınız bol, sözünüz hər yerdə keçərli olsun!
Hörmətlə: "Qanunyolu.info.az" xəbər portalının təsisçi və baş redaktoru
Arif Süleymanlı
İcraçı direktor: İradə ŞirinovaAD GÜNÜNÜZ MÜBARƏK OLSUN!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN!