Masallı rayonunda mübahisəli torpaq sahəsinin sonu - Cinayət yoxsa sifarişli həbs?

Masallı rayonunda mübahisəli torpaq sahəsinin sonu -  Cinayət yoxsa sifarişli həbs?

Masallı rayonunun polis şöbəsinin icraatında olan Nadirov Spartak Abı oğlunun işi ilə bağlı açılmış cinayət işinin heç bir cinayət tərkibi və buna əsas yaradan xüsusiyyəti belə yoxdur. "Qanunyolutv.az", "Dunyaxeber.org" sayıtına istinadən xəbər verir ki, hadisə barəsində Nadirov Spartakın vəkili Ramil Qocayev məlumat verib.

Məsələ ondan ibarətdir ki, bir müddət əvvəl əmi oğlanları olan Əhədov Əhədlə torpaq mübahisəsi olub. Qanun qüvvəyə minmiş məhkəmə qərarı Nadirov Spartakın xeyrinə çıxarılıb. Bununla razılaşmayan Əhəd Əhədov xəstə oğlundan istifadə edərək Sapartakın üzərinə hücum çəkdirib və yalandan qolunun sındırıldığını iddia edərək Spartakı həbs etdirmək istəyib. Məsələ isə aydındır ki, bu məqsədli şəkildədir. Çünki Emin Əhədovun videokameralara düşən görüntülərinə əsasən onun qolunu rahatlıqla işlətdiyi görünür. Ekspert rəyində isə az ağır yox, ağır xəsarət verilib .
Masallı rayonunda mübahisəli torpaq sahəsinin sonu -  Cinayət yoxsa sifarişli həbs?

Müxtəlif mənbələrdən aldığımız məlumata görə ekspert Ədalət Həsənovun 15 min manat rüşvət qarşılığında saxta rəy verdiyi bildirilir. Əslində bu məsələni qurcalayan 3-cü şəxs var.

Vəkil Ramin Qocayev Spartak barəsində verilmiş ev dustaqlığının da aradan qaldırılması üçün ölkə Başçısı cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Daxili Işlər Naziri cənab Vilayət Eyvazovdan xahiş etdi ki, sifarişli həbs barəsində araşdırılma aparılsın və bu iş nəzarətə götürülsün. Yəqin ki, tezliklə bu haqsızlıq aradan qaldırılacaq və haqq öz yerini tapacaqdır. Necə deyərlər:"Şah qanun deyil, qanun Şahdır"!!!

Biz qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

"Dunyaxeber.org"

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter