"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

Bu gün həmişə bizimlə olan, sevincimizə sevinc qatan, kədərimizə şərik olan, 44 günlük haqq savaşında bizimlə birgə erməni terrorçularına qarşı amansızcasına mübarizə aparan, Azərbaycan dövlətinə dəstək olan qardaş Türkiyə respublikasının "Zəfər" bayramı "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə təntənəli və möhtəşəm bir tədbir keçirildi.

Bu möhtəşəm tədbir "Omar" Atçılıq Klubunda, Azərbaycan mədəniyyəti, Bakı Nəqliyyat Agentliyi, Diplomatiya könüllüləri, Badamlı, "Shams Group" Azerbaycan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Bakıtorpaq Layihə Smeta Bürosu, Bakı Tekstil Fabriki, Azerco, "H" music və Ritm Rəqs qrupunun tərəfdaşlığı ilə 30 Avqust 2021-ci il tarixində Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin "Zəfər" bayramı münasibətilə açıq hava şəraitində baş tutdu.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

Tədbirdə ilk öncə Dövlət himni səsləndirildi. Daha sonra çıxış üçün söz tədbir iştirakçılarına verildi. Tədbirdə Millət vəkilləri, Dövlət rəsmiləri, Şəhid ailələri, Şəhid anaları, qazilər, Türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin idarə heyəti iştirak etdilər.

Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixinə və bu gününə nəzər salaraq qeyd etdilər ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - "Zəfər" bayramıdır. Natiqlər bildirdilər ki, bu "Zəfər" bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulandı.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

Çıxış edənlər arasında Millət vəkili Razi Nurullayev, Vüqar İsgəndərov, Azərbaycan Qadın Sahibkarları İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə heyətinin sədri, "Tərəqqi" medalı təltiftiçisi, Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə xanım Babayeva, Birliyin Binəqədi rayonu üzrə sədri Yasəmən xanım Qəyyumlu, Birliyin sədr müavini Məcid Məmmədov, "Shams Group" Azerbaycan təşkilatının təsisçisi Qalib Əliyev və digər rəsmilərdə iştirak edirdilər.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib. Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin "Zəfər" bayramı ölkəmizdə ilk dəfə keçirilib. "Zəfər" bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir. Qardaş Türk xalqının "Zəfər" bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan-Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

Çıxışlardan sonra Milli rəqslərimiz nümayiş olundu, mahnılar səsləndi. "Omar" atçılıq klubu çaparlarının iştirakı ilə Qarabağ atları meydana çıxaraq Azərbaycan-Türkiyə bayraqlarını əllərində tutaraq meydanda cövlan vurdular. Bəli, bu gün vüqarla fəxr edirik, bu gün Azərbaycan və Türkiyə bayraqları gözəl Şüşamızda, cənnət Qarabağımızda dalğalanır. Azərbaycan və Türkiyə qardaşlığı əbədi və sarsılmazdır! Bu qardaşlıq əbədidər və bütün dünya ölkələrinə bir nümunədir!
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Türkiyənin "Zəfər" bayramını qeyd etdi

"Zəfər" bayramın mübarək Türkiyə Azərbaycan!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter