Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

İyulun 13-də Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, əvvəlcə general-mayor Polad Həşimovun anası Səmayə Həşimova başda olmaqla, Birliyin idarə heyəti və fəal üzvləri, ictimaiyyət nümayəndələri şəhid Milli Qəhrəmanın məzarını ziyarət edərək önünə gül çələngi qoyub, xatirəsini ehtiramla yad ediblər.
Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Sonra tədbir iştirakçıları Xətai rayonuna gələrək Polad Həşimov prospektində ağacəkmə aksiyasına qatılıblar. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirib ki, general-mayor Polad Həşimov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına müqəddəs Şəhidlik zirvəsinə ucalıb. 44 günlük Vətən müharibəsinin təməl daşı, hərb tariximizin ləyaqətli simalarından biri, öz məğrurluğu, hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan general-mayor Polad Həşimovun anım günündə belə bir ağacəkmə aksiyasını keçirilməsini özlərinə vətəndaşlıq borcu hesab ediblər.
Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Birliyin İcraçı direktoru qeyd edib ki, belə ictimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin Milli qəhrəmanlara və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya dəstək olmaq, bu istiqamətdə görülən uğurlu işlərə vətəndaş cəmiyyəti tərəfindən töhfə verməkdir. Zamin Zeynal gələcəkdə də ictimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu tədbir və layihələri davam etdirəcəklərini vurğulayıb.
Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Şəhid general-mayorun anası Səmayə Həşimova çıxışında belə təşəbbüslərin reallaşdırılmasına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və əməyi keçən digər insanlara təşəkkür edib. Bildirib ki, general-mayor Polad Həşimovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyən S.Həşimova qazilərimizə cansağlığı və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ağacəkmə aksiyasında çıxış edərək diqqətə çatdırıb ki, şəhid general-mayor Polad Həşimovun, eyni zamanda, 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərmizin adına ağaclar əkilib. Q.Paşayeva general-mayor Polad Həşimovun Azərbaycan gəncliyinə örnək olduğunu diqqətə çatdırıb.
Bakının Xətai rayonunda "VMƏK" İB-nin general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

O, çıxışında deyib: “Biz ölkəmizdə şəhidlərimizin, qəhrəmanlarımızın adına küçələrin, parkların salınmasının daha da artmasını arzulayırıq. Bütün qəhrəman şəhidlərimizin həyatı bizim üçün örnəkdir və onlar hər zaman qəlbimizdə yaşayacaqlar. Vətənimizin bütün şəhidləri bizim üçün əzizdir. General-mayor Polad Həşimov Ordumuzda, Azərbaycan gənclərində ruh yüksəkliyini, Vətən sevgisini daha da gücləndirdi”.

P.S.Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏK İB) fədakar əməkdaşlarına tutduqları bu xeyirxah əməllərində və işlərində yeni-yeni müvəffəqiyətlər, daima uğurlar arzulayıram. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirəm.

#BizBirlikdəGüclüyük!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı (1-ci Qarabağ iştirakçısı müharibə veteranı)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter