27 nömrəli məktəbdə Xudayarın səsi ilə "SON ZƏNG" keçirildi
- 14.06.2021, 10:00,
- Gündəm / Təhsil / Xəbər
Baxılıb: 218
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəli, bu gün bir illik fasilədən sonra Bakının ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. “Qanunyolu.info.az” xəbər verir ki, paytaxtın Xətai rayonunda yerləşən 27 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib. Yeni həyata qədəm qoyan məzunlarımız arasında bu məktəbin 11 a sinfinin şagirdi Qurbanov Amində öz duyğulu anlarını yaşadı. O, məktəbin fəal şagirdlərindən biri kimi tədbirdə "Son zəng" simvolunu məzunlar arasında gəzdirdi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər. “Son zəng” ilk dəfə olaraq birincilərsiz və məzun valideynlərinin iştirakı olmadan keçirildi. Məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə baş tutan tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi. Ən təsirli məqamlardan biri isə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısının səslənməsi oldu.
Daha sonra məktəbin direktoru Könül xanım Həsənova da tədbirdə iştirak edərək məzunlara öz ürək sözlərini dedi və onlara müvəffəqiyyətlər arzuladı. O, həmçinin çıxışında onu da qeyd etdi ki, bu “Son zəng” tədbirindən əlavə nə məktəb daxilində, nə də məktəbdənkənar hər hansı digər tədbir planlaşdırılmayıb.
Onun da qeyd edim ki, Qurbanov Amin "Qanunyolu.info.az" xəbər portalının icraçı direktoru İradə xanımın oğludur. İradə xanımda oğlunun bu sevincinə qoşularaq məktəb direktoru Könül xanıma, sinif rəhbəri Namiyə xanıma, Aminin 1-ci sinfə qədəm qoyanda onun ilk sinif rəhbəri olan Xatirə xanıma dərin təşəkkürünü bildirərək onlara təhsil sahəsində yeni-yeni müvəffəqiyyətlər arzuladı.
P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından həmkarımız olan İradə xanıma gözün aydın olsun deyirik. Amin balamıza isə tezliknən Ali məktəb diplomunu alıb tələbə adını qazanmağını arzulayırıq. Yolunuz açıq olsun əziz məzunlar!
"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
