Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

"Ovçular ət və ət məhsulları" MMC-nin rəhbəri
SƏMƏD CƏFƏROV


Ulu öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tarixmizdə həyata keçirilən tədbirlərə baxış keçirmək bir tələbdir.

Dahi şəxsiyyət Heydər Əliyevin «Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» tezisi məhz hakimiyyətinin birinci dövrü üçün xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı yasaq idi. Lakin ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası, bacarığı sayəsində xalqımızın şüurunda «milli maraqlar» anlayışı dərindən kök saldı. Məhz sovetlər birliyi dövründə milli maraqların real siyasətdə reallaşması 80-cı illərin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün baza formalaşdırıldı.
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanlı gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə böyük səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyi yaratması və.s. addımlar bu məqsədə xidmət edirdi. Ən əsası, ulu öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: «Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir.»
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar qazandı. Beynəlxalq təşkilatlara üzv qəbul olunması ona bu imkanları daha da artırdı. «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır» söyləyən ümummilli lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbayanlını müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ümummilili lider Heydər Əliyevə nəsib oldu. Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına 15 iyun Milli Qurtuluş Gününün daxil olması da səbəbsiz deyil. Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan Qurtuluş günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

Ulu öndər Heydər Əliyev bildirmişdir: «Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın» fikri bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzuranın ləğv olunması ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuatda da mövcud problemlər hər kəsə bəllidir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı düçar olduğumuz informasiya blokadasının aradan qaldırılması istiqamətində önəmli addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil mətbuatın inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək, bu yönümdə mühüm islahatların həyata keçirilməsinə səy göstərdi. «Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır» söyləyən ümummilli lider Heydər Əliyevin azad mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqət çəkirdi. Hər sahədə liderliyini qoruyan Azərbaycan MDB məkanında senzuranın ləğvini irəli sürən ilk ölkədir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qarşıya qoyurdu. Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birilkləri mövcuddur.
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün böyük qürur hissi ilə qeyd ediriksə, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsas tərkib hissəsi olması atılan hər addımda özünü təsdiqləyir. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, «Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm» söyləyən cənab İlham Əliyev son on iki ildə uğurlu addımları ilə hər vədini konkret əməli işdə təsdiqlədiyini nümayiş etdirdi. Bu gün yeni-yeni hədəflərə doğru irəliləyən Azərbaycan möhkəm təmələ əsaslanan siyasətin uğurlarını yaşayır. Cənab İlham Əliyev gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsasların olduğunu vurğulayır: «Azərbaycan daha da güclü dövlət olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.» Dövlətimizin başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. İmkanların genişlənməsini, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə təbii ki, Heydər Əliyev siyasətinin uğurlu davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu əminliyi böyük inam və qətiyyətlə ifadə edir: « Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi yoludur.»
Səməd Cəfərov: Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə kollektivimizin adından başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirik!
MİLLİ QURTULUŞ GÜNÜNÜZ MÜBARƏK!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter