Türkiyədə gündəlik yoluxma sayı 45 minə çatır
- 03.04.2021, 20:25,
- Dünya
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.“Qanunyolu.info.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 186 nəfər pandemiyanın qurbanı olub.
Bu gün 249 min 126 koronavirus testi aparılıb, onlardan 44 min 756-sı müsbət çıxıb.
23 min 214 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 82 min 676-ya yüksəlib.
Ağır xəstə sayı 2 min 231-dir.