Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
- 08.02.2021, 14:10,
- Dünya
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə koronavirusa 15 916 yoluxma faktı qeydə alınıb.“Qanunyolu.info.az”, “worldometers”-ə istinadən xəbər verir ki, son 24 saat ərzində 407 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 77 068 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 983 197 nəfər koronavirusa yoluxub. İndiyədək 3 472 091 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 204 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 262 228-ə çatıb.Ölkədə sutka ərzində daha 15 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3298-a çatıb. Ümumilikdə sağalanların sayı isə 254 350 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 89 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.Bununla da ölkədə koronavirusa yoluxanların sayı 168 177 nəfərə çatıb. Daha 6 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3123-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 159 876 nəfərdir.