Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
- 06.02.2021, 12:45,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə koronavirusa 16 627 yoluxma faktı qeydə alınıb.“Qanunyolu.info.az”, “worldometers”-ə istinadən xəbər verir ki, son 24 saat ərzində 497 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 76 229 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 951 233 nəfər koronavirusa yoluxub. İndiyədək 3 436 326 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 602 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 261 620-yə çatıb.Ölkədə sutka ərzində daha 11 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3269-a çatıb. Ümumilikdə sağalanların sayı isə 252 815 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 211 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.Bununla da ölkədə koronavirusa yoluxanların sayı 167 937 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3114-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 159 577 nəfərdir.