Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

  • 02.02.2021, 12:40,
  • Dünya
  • Baxılıb: 41
Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Hüquq-mühafizə orqanları Moskvada Preobrazhenskaya Meydanı metrostansiyasının yaxınlığında və bu gün müxalif bloqqer Aleksey Navalnının gətirildiyi Moskva Şəhər Məhkəməsinə gedən yolda bir neçə şəxsi nəzarətə alıb.

“Qanunyolu.info.az”, “İnterfaks”-a istinadən xəbər verir ki, ən az dörd nəfərin saxlanıldığı bildirilib.
Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Gücləndirilmiş polis və Milli Qvardiya dəstələri məhkəmə binasında növbətçi vəziyyətindədir. Məhkəmə binasına yaxınlaşmaq demək olar ki, mümkün deyil - yalnız akkreditə olunmuş jurnalistlərə, məhkəmə prosesinin iştirakçılarına və səfirlik maşınlarına giriş icazəsi verilir. Məhkəmə binasına ən yaxın olan həyətlərə girişlər də bağlanıb, polis yalnız bina sakinlərini içəri buraxır.
Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı bu gün şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib.
****

Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Məhkəmə binası ətrafında və yaxın ərazilərdə 200-dən çox şəxs saxlanılıb.

“Əldə etdiyimiz məlumata görə, indiyə qədər 200-dən çox şəxs nəzarətə alınıb”,- deyə Moskva İctimai Nəzarət Komissiyasının icraçı katibi Aleksey Melnikov “İnterfaks”a bildirib.

Saxlanılanların bir qismi polis şöbələrinə aparılıb.
Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib

Moskvada 200-dən çox şəxs saxlanıldı - Fotolar + Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter