Yerevanda hökumət binasını ələ keçirmək istəyən 5 nəfər saxlanıldı

  • 29.01.2021, 12:00,
  • Dünya
  • Baxılıb: 41
Yerevanda hökumət binasını ələ keçirmək istəyən 5 nəfər saxlanıldı

Ermənistan hökumətinin binasını ələ keçirmək cəhdində şübhəli bilinən 5 vətəndaş saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin 28 yanvar saat 17:00 radələrində keçirilən aksiya zamanı əvvəlcədən razılaşdırılmış şəkildə hökumət binasını ələ keçirməyi planlaşdırdığı müəyyənləşdirilib. Bu faktla əlaqədar İstintaq Komitəsi Cinayət Məcəlləsinin 34-219-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə (binaların, tikililərin, nəqliyyat vasitələrinin, rabitə və ya rabitə qrupunun əvvəlcədən qəsd yolu ilə ələ keçirilməsində iştirak etmə) əsasında cinayət işi başladıb. İlkin istintaq davam edir.

Qeyd edək ki, ötən gün yüzlərlə vətəndaş İrəvanın mərkəzinə toplaşaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Etirazçılar daha sonra hökumət binasına daxil olmağa çalışsalar da, polis onlara mane olaraq binanın bütün girişlərini bağlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter