Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi - Yenilənib
- 06.10.2020, 08:15,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekin meriya binasını ələ keçiriblər."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə məlumatı şəhərin meri Əziz Surakmatov “24.kg” informasiya agentliyinə təsdiqləyib.
Təfərrüatlar hələlik məlum deyil.
Qeyd edək ki, Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı
590 nəfərə çatıb. Etiraz aksiyası keçirən insanlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident
Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir
Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın
baş verib.***
Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekdə hökumət binasını da ələ keçiriblər. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS”a Nazirlər Kabineti Aparatının əməkdaşı bildirib.“Mitinqçilərdən ibarət onlarla insan Hökumət Evinin binasını ələ keçiriblər və heç kəsi oraya buraxmırlar”, - o deyib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, səhər saatlarında aparat əməkdaşları işə gəlsələr də, binanı tutan şəxslər onları iş yerlərinə buraxmaqdan imtina ediblər.
