Qonşu ölkələrdə vəziyyət necədir?
- 21.01.2021, 14:00,
- Dünya
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə koronavirusa 21 887 yoluxma faktı qeydə alınıb.“Qanunyolu.info.az”, “worldometers”-ə istinadən xəbər verir ki, son 24 saat ərzində 612 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 67 832 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 655 839 nəfər koronavirusa yoluxub. İndiyədək 3 054 218 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 1137 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 251 071-ə çatıb.Ölkədə sutka ərzində daha 11 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2998-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 238 101 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 307 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.Bununla da ölkədə koronavirusa yoluxanların sayı 165 528 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3021-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 154 046 nəfərdir.