Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
- 08.01.2021, 12:40,
- Dünya
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə koronavirusa 23 652 yoluxma faktı qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, son 24 saat ərzində 454 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 60 911 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 355 794 nəfər koronavirusa yoluxub. İndiyədək 2 731 129 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 537 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 236 028-ə çatıb.Ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2728-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 224 189 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 361 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.Bununla da ölkədə koronavirusa yoluxanların sayı 161 415 nəfərə çatıb. Daha 7 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 908-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 147 961 nəfərdir.