Bağdadda növbəti partlayış - 28 ölü, 73 yaralı + Yenilənib

  • 21.01.2021, 12:40,
  • Dünya
  • Baxılıb: 24
Bağdadda növbəti partlayış - 28 ölü, 73 yaralı + Yenilənib

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananların olduğu bildirilir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “New York Times”ın Bağdad bürosu Bağdad Əməliyyat Komandanlığına istinadən məlumat verib.

Partlayışların kamikadze hücumları nəticəsində mərkəzdə yerləşən Şorca bazarında baş verdiyi qeyd olunub.

Partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyi və 16 nəfərin yaralandığı ilk məlumatlar arasındadır.
****

Partlayış qurbanlarının sayı 8 nəfərə çatıb, 15 nəfər yaralanıb. Bu barədə “Əl-Sumaria” telekanalı ölkənin təhlükəsizlik xidmətinə istinadən məlumat verib.
****

Son məlumatlara görə, terror aktında qurbanların sayı 28-ə çatıb, 73-dən çox şəxs yaralanıb.

Polisin məlumatına görə, birinci partlayış avtomobil ehtiyat hissələri dükanının yaxınlığında, yol kənarında baş verib. Daha sonra isə bir kamikadze hadisə yerinə toplaşan izdiham arasında üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götürüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter