Tehranda xəstəxanada partlayış oldu - 18 ölü+Yenilənib
- 01.07.2020, 00:30,
- Dünya / Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın paytaxtı Tehranın şimalında partlayış baş verib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Bildirilir ki, partlayış səsi Tacriş rayonunda eşidilib.
“Mehr” agentliyinin məlumatına görə, Şəriəti küçəsində tibb mərkəzi yanır. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.
İnsidentin səbəbi araşdırılır.
***
"Fars" agentliyinin məlumatına görə, partlayış Sina klinikasında qaz sızması nəticəsində baş verib. Nəticədə 13 nəfər ölüb, 6 nəfər yaralanıb.
***
"Mehr" agentliyi xəbər verir ki, partlayışdan sonra baş vermiş yanğında 18 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölənlərdən 10-u qadın, 3-ü kişidir. Partlayış zamanı klinikada ümumilikdə 25 nəfər olub.