Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı - Yenilənib
- 07.01.2021, 00:50,
- Dünya
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da Konqresin binasında atışma olub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, açılan atəş nəticəsində 1 qadın yaralanıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma baş verib.
****
ABŞ-da Konqresin binasındakı iğtişaşlar zamanı yaralanmış qadın dünyasını dəyişib.Bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verib.
****
ABŞ-ın Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır. Bu barədə “Sky News” telekanalı xəbər verib. ****
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. "TASS" xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında bildirib.