ABŞ-da avtomobil partladıldı, aviauçuşlar dayandırıldı - Video + Yenilənib
- 26.12.2020, 03:00,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində avtomobilin partladılması nəticəsində üç nəfər xəstəxanalıq olub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “NBC” telekanalı xəbər verib.“Görünür, bu, qəsdən edilib. Hüquq-mühafizə orqanları şəhərin mərkəzindəki küçələri bağlayır, istintaq davam edir”, - yerli polisdən bildirilib.
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp və seçilmiş Prezidenti Cozef Bayden hadisə barədə məlumatlandırılıblar.
İnsidentlə bağlı istintaq yerli polis də daxil olmaqla Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aparılır.
Hadisədən sonra Neşvillin beynəlxalq aeroportundan uçuşlar dayandırılıb.
****
Hüquq-mühafizə orqanlarının nümayəndələri Neşvilldə partlayış yerinin yaxınlığında insan qalıqları aşkarlayıb. Bu barədə “Associated Press” agentliyi mənbələrinə istinadən xəbər verib.