Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

  • 08.12.2020, 12:30,
  • Dünya
  • Baxılıb: 40
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Rusiyada son bir gündə 26 min 97 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, 24 saat ərzində 562 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 44 min 159 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 1 milyon 981 min 526 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 515 min 9 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4 673 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 169 min 649-ə çatıb.

Ölkədə sutka ərzində daha 36 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 576-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 141 min 392 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 584 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 142 min 928 nəfərə çatıb. Daha 28 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 372-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 119 min 147 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter