“ABŞ tarixinin ən pis hökuməti ilə üz-üzəyik” - Ruhani

  • 13.05.2020, 23:54,
  • Siyasət
  • Baxılıb: 20
“ABŞ tarixinin ən pis hökuməti ilə üz-üzəyik” - Ruhani












İran Prezidenti Həsən Ruhani Amerika lideri Donald Trampın rəhbərlik etdiyi hökuməti “ABŞ tarixinin ən pis hökuməti” adlandırıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ruhani bu barədə Nazirlər Kabineti ilə keçirilən iclasda çıxışı zamanı qeyd edib:

“Bu 2 il ərzində ABŞ tarixindəki ən pis idarəetmə ilə qarşı-qarşıya qaldıq. ABŞ-da Ağ Evin hər hansı bir dövrdə belə göründüyünü xatırlamıram. İnsanlığa qarşı bu qədər qəddar davranan və həm də bu qədər aciz cəmiyyət əvvəllər heç görülməyib. Bu rejimin Xarici İşlər naziri elə bil ömründə siyasətin əlifbasını belə görməyib və oxumayıb”.

İran komandiri Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürüldüyünü xatırladan Ruhani, “Hansı ölkə bu günə qədər bizim yüksək rütbəli komandirimizə sui-qəsd edib? ABŞ həmişə terrorçu idi, ancaq bu qədəri hələ görülməmişdi”,- deyə bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter