“Əfqanıstan və İraqda kontingentin azalması terrorla mübarizəyə təsir etməyəcək” - Pentaqon
- 17.11.2020, 03:30,
- Dünya / Xəbər
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ 2021-ci ilin yanvarınadək Əfqanıstan və İraqda hərbi kontingentin sayını azaldacaq. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller bildirib.“15 yanvar 2021-ci ildə Əfqanıstanda bizim qüvvələrimizin sayı 2500 hərbçi olacaq. Elə həmin günədək İraqdakı qüvvələrimiz 2500 nəfərdən ibarət olacaq”, - Miller Pentaqondakı brifinqdə deyib.
“Bu, müəyyən edilmiş planımıza və strateji məqsədlərimizə uyğun gəlir və ABŞ-ın siyasətinin və ya məqsədlərinin dəyişməsinə bərabər deyil”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan və İraqda kontingentinin azalması regionda terrorçulara qarşı mübarizəyə mane olmayacaq.
Hazırda İraqda ABŞ əsgərlərinin sayı 3000, Əfqanıstanda isə 4 500 nəfərə yaxındır.
Qeyd edək ki, Pentaqon sözügedən açıqlamanı “CNN” telekanalının Trampın Əfqanıstan və İraqdakı əsgərlərin sayını (2500-ə qədər) azaldacağını, bu prosesin 15 yanvaradək reallaşacağı barədə xəbərindən bir gün sonra verib.
