“Son 2 gündə Şuşadan 300-dən çox erməni əsgərin cəsədi çıxarılıb”

  • 16.11.2020, 17:10,
  • Dünya
  • Baxılıb: 36
“Son 2 gündə Şuşadan 300-dən çox erməni əsgərin cəsədi çıxarılıb”

“Şuşanı xilas etmək mümkün olsaydı, xilas edilərdi”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

Baş nazirin sözlərinə görə, şəhər uğrunda döyüş zamanı böyük itkilər xəyanət söhbətinə ziddir. Belə ki, son 2 gündə Şuşadan 300-dən çox erməni əsgərin cəsədi çıxarılıb.

“300-dən çox cəsəd ... Siz bu döyüşün miqyasını təsəvvür edirsiniz? Generalların və ya siyasi rəhbərliyin guya Şuşa üçün döyüşməməyi əmr etdiyini deyənlər var. O zaman bu insanlar kimin əmri ilə vuruşub öldü?”,-deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Paşinyan Şuşanın itirildiyini və Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalamaq qərarını elan etmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter