Paşinyanın istefası üçün lazım olan iclas baş tutmadı
- 11.11.2020, 23:20,
- Dünya / Xəbər
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş nazir Nikol Paşinyanı istefaya göndərmək üçün Ermənistan parlament şurasının fövqəladə iclasını keçirməkdən ötrü lazım olan kvorum toplanmayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu parlamentin müxalifət fraksiyasından olan vitse-spiker Vaqe Enfiadcyan deyib.
Yerevanda keçirilən kütləvi etiraz aksiyaları zamanı Nikol Paşiynaın gecə yarısınadək istefası tələb olunmuş və bunun üçün parlamentin növbədənkənar iclasının keçirilməsi tələb edilmişdi.
“Reqlamentə əsasən, 2 saat ərzində deputatlar parlamentin iclasını təşkil etməli idilər. Ancaq 10 şura üzvündən cəmi 7-nin iştirakı təmin edilib. İclasın baş tutması üçün 3 şura üzvü çatmayıb”, - deyə vitse-spiker bildirib.